Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Rayonlara da qatar bileti bahalaşır

Rayonlara da qatar bileti bahalaşır

“Azərbaycan Dəmir Yolları” QSC rayon qatarlarına biletləri də bahalaşdırır. 

Birinci24.com-un əldə etdiyi məlumata görə, ADY noyabr ayından Bakı-Ağstafa və Bakı-Qəbələ istiqamətində biletlərin qiymətini artırmağı nəzərdə tutub. 

Məlumata görə,  “Azərbaycan Dəmir Yolları” vətəndaşlar tərəfindən daha çox narazılıqla üzləşməmək üçün bütün tarifləri eyni vaxtda artırmaqdan çəkinib. 

Ona görə də, ADY sentyabrın 25-də yalnız Bakı-Sumqayıt istiqaməti üzrə qatar biletlərini bahalaşdırıb. Minimal tarif 40 qəpik müəyyən edilib, qiymətlər ümumilikdə 10-20 qəpik artırılıb. 

Qeyd edək ki, ADY hazırda Bakı-Ağstafa və Bakı-Qəbələ istiqamətlərində qatar reysləri təşkil edir. 

Bu istiqamətlər üzrə standart bilet qiymətləri müvafiq olaraq 17 manat və 14 manat təşkil edir.

Editor

Related Posts