Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İsrail Livanda “məhdud quru əməliyyat” planlaşdırır

İsrail Livanda “məhdud quru əməliyyat” planlaşdırır

İsrail ABŞ-yə Livanda “məhdud quru əməliyyatı” planlaşdırdığını bildirib.

Birinci24.com xəbər verir ki, bu barədə “Washington Post” amerikalı məmura istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətinin sözlərinə görə, İsrailin planlaşdırdığı əməliyyat 2006-cı ildə “Hizbullah”la müharibədən miqyas baxımından daha kiçik olacaq. Bildirilir ki, əməliyyat zamanı İsrailin sərhəd rayonlarının sakinləri üçün təhlükəni aradan qaldırmaq üçün sərhəd boyunca qrupun infrastrukturunun məhv edilməsinə diqqət yetiriləcək.

Başqa bir ABŞ rəsmisi İsrailin yaxın gələcəkdə Livanın cənubuna “məhdud quru hücumuna” hazır olduğunu bildirib.

Xatırladaq ki, sentyabrın 17 və 18-də Livanda “Hizbullah”ın operativ rabitə üçün istifadə etdiyi peycer və radiolarda silsilə partlayışlar baş verib. “Hizbullah” hücuma görə İsraili günahlandırıb.

Sentyabrın 27-də axşam saatlarında İsrail Müdafiə Qüvvələri Beyrutun cənubundakı Dahiya ətrafında yerləşən “Hizbullah” qərargahına, sonra isə oradakı bir sıra hədəflərə hava zərbələri endirib. Hücum nəticəsində “Hizbullah” lideri Həsən Nəsrullah öldürülüb.

Editor

Related Posts