Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Üç ay ərzində mülki şəxslər arasında qurbanların sayı 45% artıb – BMT 

Üç ay ərzində mülki şəxslər arasında qurbanların sayı 45% artıb – BMT 

“Yay aylarında Ukraynada 589 mülki şəxs həlak olub, 2685 nəfər yaralanıb. Əvvəlki üç ayla müqayisədə qurbanların sayı 45% artıb”. BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının (OHCHR) sözçüsü Liz Throssell Ukraynada insan haqlarının 2024-cü il iyunun 1-dən avqustun 31-dək olan vəziyyətinə dair brifinqdə belə deyib.

Birinci24.com xəbər verir ki, o, tendensiyanın sentyabrda da davam edəcəyini söyləyib: “Ukraynanın bütün şəhərlərinə, o cümlədən, Sumı, Xarkov və Zaporojyeyə hücumlar nəticəsində mülki əmlaka, infrastruktura, məktəblərə, xəstəxanalara və hətta qocalar evinə ziyan dəyib”.

BMT-nin Ukraynada insan haqlarının monitorinqi üzrə missiyasının rəhbəri Daniel Bell Rusiya əsirliyində olmuş 174 hərbçi və 5 həkimin söylədiklərinə istinadən bildirib ki, əsirlərin 68 faizi cinsi təcavüzə məruz qalıb. 

“Onlar qəddarcasına döyüldüklərini, bədənlərinə elektrik cərəyanı verildiyini, boğulduqlarını, stress yaradacaq vəziyyətdə uzun müddət saxlanıldıqlarını, yuxudan məhrum edildiklərini, itlərə dişlətdiriklərini, edam imitasiyalarına məruz qoyulduqlarını, təhdid edildiklərini,  ləyaqəti alçaldan rəftar gördüklərini bildirirlər” – Bell belə deyib.

Editor

Related Posts