Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Fazil, haran ağrıyır” statusuna smaylik atan 3 il həbsdə qalacaq

“Fazil, haran ağrıyır” statusuna smaylik atan 3 il həbsdə qalacaq

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz istifadəsində  təqsirləndirilən Rza Kərimovun məhkəməsi başa çatıb. O, 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Bir neçə aydır şahid polislərin gəlməməsi səbəbindən məhkəmə iclasları təxirə salınırdı. Nəhayət, bu gün hakim hökmü elan edib.

Məhkəmə iclası başlayan kimi hakim muttəhimə son söz haqqı verib. Rza Kərimovun son sözü bir cümləlik olub: ” Məni günahsız həbs edənlərə, ilyarımdır günahsız olduğumu bilə-bilə həbsdə saxlayanlara, haqqıma girib bu hökmü verənlərə, icra edənlərə haqqımı halal etmirəm”.

Xatırlatma

Rza Kərimov 2023-cü il martın 29-da saxlanılıb. Polis onun üzərindən 20 qram narkotik vasitə aşkar olunduğunu iddia edib. Rza Kərimova qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib. 

İşə öncə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəməsində baxılsa da, bu ilin  aprelində hakim qərar çıxarıb ki, işəaidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. 

Bakı Ağır Cinayətlər Məhkəməsində cəmi iki məhkəmə iclası keçirilib. Sonuncu məhkəmə iclası iyunda baş tutub. Ondan sonra şahidlərin gəlməməsi səbəbindən məhkəmələr uzun fasilələrlə bir neçə dəfə təxirə düşüb.

Rza Kərimov məhkəmədə ittihamları rədd edib. Deyib ki, millət vəkili Fazil Mustafa güllələnəndən sonra sosial şəbəkələrdə paylaşılan “Fazil, haran agrayır” statusu qarşısına çıxıb, o da həmin statusa gülüş işarəsi atıb və ertəsi gün polislər iş yerinə gələrək onu şöbəyə aparıblar və üzərinə narkotik qoyublar. 

Rza Kərimov hakimə ibadət əhli olduğunu, narkotik istifadə etmədiyini, ibtidai istintaqa ifadəsini təzyiq altında verdiyini bildirib.

Onun ailə üzvləri bildiriblər ki, məhkəmə hökmündən apellyasiya şikayəti veriləcək.

Editor

Related Posts