Oktyabrın 1-də İranın İsrailə raket hücumu zamanı hədəfə aldığı üç əsas hava bazasından biri olan Neqev səhrasındakı Nevatim bazasının peyk görüntüləri yayılıb.
Birinci24.com xəbər verir ki, “Associated Press” nəşri tərəfindən yayımlanan peyk görüntüləri hərbi bazadakı dağıntıları əks etdirib.
Görüntülərə əsasən, hərbi bazanın uçuş-enmə zolağına yaxın olan təyyarə anqarının damında böyük bir çuxur yaranıb və hücum nəticəsində binaların damları zədələnib.
Qeyd edək ki, İsrail ordusu dünən verdiyi açıqlamada bəzi bazalarının vurulduğunu etiraf etsə də, hərbi hava qüvvələrinə aid təyyarələrin zədələnmədiyini bildirib.

