Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Sevincin qətlində şübhəli bilinən şəxsin meyiti tapıldı

Sevincin qətlində şübhəli bilinən şəxsin meyiti tapıldı

Bərdədə itkin düşmüş və 2 gün sonra meyiti tapılan 15 yaşlı Sevinc Abbaslının qətlində şübhəli bilinərək istintaqdan yayınan şəxsin meyiti tapılıb.

Birinci24.com xəbər verir ki, sentyabrın 1-də 2009-cu il təvəllüdlü Abbaslı Sevinc Rəşad qızının itkin düşməsi barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Sentyabrın 3-ü S.Abbaslının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin 1993-cü il təvəllüdlü Əhmədli Kənan İlyas oğlu tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Onun meyiti oktyabrın 7-si Qarabağ kanalından polis əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

31 yaşlı Kənanın hansı şəraitdə kanala düşməsi, qətlə yetirilməsi və ya intihar etməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Editor

Related Posts