Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“London Pub” saxta spirtli içkilər satırmış – Foto

“London Pub” saxta spirtli içkilər satırmış – Foto

Bakı şəhəri, Nəsimi rayonu, M.Qardaşları küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hidayətov Raman Qadağa oğluna məxsus “London Pub” ictimai iaşə obyektində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu müəyyən edilib.

Birinci24.com xəbər verir ki, bu hal Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı ortaya çıxıb.

“Belə ki,  iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan 2 ədəd 0,7 litrlik “Архангельская” əmtəə nişanlı, 1 ədəd 1 litrlik “Finlandia” əmtəə nişanlı, 1 ədəd 0,7 litrlik “Organic Line” əmtəə nişanlı, 1 ədəd 0,5 litrlik və 1 ədəd 0,7 litrlik “Nemiroff” əmtəə nişanlı spirtli içki məhsulunun satışının həyata keçirildiyi məlum olub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq obyektin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, saxta məhsulların satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq məhv edilib”, – Agentliyin yaydığı məlumatda deyilir.

Editor

Related Posts