Today Bazar ertəsi, 9th İyun 2025
Birinci 24

Birinci 24

Azərbaycan millisi ardıcıl üçüncü oyunda da uduzub

Azərbaycan millisi ardıcıl üçüncü oyunda da uduzub

Futbol üzrə Azərbaycan milli komandası oktyabrın 11-də UEFA Millətlər Liqasında səfərdə Estoniya yığması ilə qarşılaşıb. Tallin şəhərində keçirilən C Liqasının 1-ci qrupunun qarşılaşması saat 20:00-da start götürüb.

Birinci24.com xəbər verir ki, Azərbaycan millisi əvvəlki iki turda İsveçə (evdə 1:3) və Slovakiyaya (səfərdə 0:2) uduzmuşdu.

Estoniya ilə matçda Azərbaycan millisi Millətlər Liqasında ilk xalını və ya xallarını qazana bilərdi. Amma portuqaliyalı Fernandu Santuşun baş məşqçisi olduğu komanda bu oyunda da məğlub olub – 1:3.

Estoniyaya məğlubiyyətdən sonra hesabında xal olmayan Azərbaycan millisi öz qrupunda sonuncu pillədə qərarlaşıb.

Editor

Related Posts