Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Hacıqabulda selin 500-dən artıq evə ziyan vurduğu bildirilir

Hacıqabulda selin 500-dən artıq evə ziyan vurduğu bildirilir

Oktyabrın 12-də Hacıqabul rayonuna yağan güclü leysan nəticəsində Muşov dağdan gələn sel suları rayonun çox hissəsini basıb.

Birinci24.com xəbər verir ki,  sosial şəbəkələrdə yayılan görüntülərdə evləri su altında qalan vətəndaşlar aidiyyəti qurumların vəziyyətə müdaxilə etmədiklərini deyiblər.

“Evlərimizi, həyətimizi-bacamızı su basıb. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng edirik, heç kim gəlmir”, – vətəndaşlar bildiriblər.

Fövqəladə Hallar Nazirliyinin saytında oktyabrın 12-də yerləşdirilən məlumata görə, mülki müdafiə qoşunlarının qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub.

“Hazırda Nazirliyin qüvvələri tərəfindən subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, bəzi köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir”, – FHN-nin məlumatında deyilir.

Son vəziyyətlə əlaqədar FHN-nə sorğu göndərsə də, qurumun mətbuat xidməti cavablandırmayıb.

Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov bildirib ki, 500-dən artıq fərdi yaşayış evi və həyətyanı sahələr su içindədir.

O bildiri ki, iki-üç gün ərzində suların təmizlənməsi problemi həll olunacaq.

Hazırda rayona cəlb edilmiş FHN-nin əməkdaşları tərəfindən həyətlərdə yığılıb qalmış sel-suların çəkilməsi prosesi həyata keçirilir. Bunun üçün həyətlərə su nasosları quraşdırılıb. Təbii fəlakət nəticəsində enerji verilişində fasilələr yaranmışdı. Artıq enerjinin verilişi bərpa olunub, bununla bağlı problem qalmayıb. İki-üç gün müddətində həyətlərdəki sular çəkilərək insanlar yenidən normal həyata qayıdacaqlar”, – icra başçısı bildirib.

Editor

Related Posts