Today Çərşənbə, 16th Oktyabr 2024
Birinci 24

Birinci 24

Paşinyan Əliyevə yeni danışıqlar təklif edib

Paşinyan Əliyevə yeni danışıqlar təklif edib

Ermənistanın Baş naziri Nikol Paşınyan Azərbaycan Prezidenti İlham Əliyevə yeni danışıqlar təklif edib. Məqsəd iki ölkə arasındakı fikir ayrılıqlarını uzlaşdırmaq və Bakıda gələn ay keçiriləcək COP29 sammitinədək sülh sazişini imzalamaqdır. 

Birinci24.com xəbər verir ki, bu haqda “AzadlıqRadiosu”nun erməni xidməti “Azatutyun” hökumət üzvlərindən birinə istinadən məlumat verib.

Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri Sarkis Xandanyan deyib ki, Paşinyan bunu  ötən həftə Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) sammiti çərçivəsində Azərbaycan prezidentilə qeyri-rəsmi söhbət zamanı təklif edib.

“Təklif olunub ki,  xarici işlər nazirləri iki günlük görüş keçirsinlər, sülh sazişinin indiyədək razılaşdırılmamış bir və ya iki bəndi üzrə razılığa gəlsinlər və iki ölkə lideri Bakıda COP-29 sammitindən əvvəl sazişi imzalasınlar” – Xandanyan “Armenpress” xəbər agentliyinə belə deyib. “Düzünü desəm, Azərbaycanın buna reaksiyasından xəbərsizəm, ancaq ümid edirəm ki, bu məntiq işləyəcək” deyə, o əlavə edib.

Editor

Related Posts