Today Çərşənbə, 16th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Sülh sazişinin imzalanması ABŞ-dan yox, Azərbaycanla Ermənistandan asılıdır” – Dövlət Departamenti

“Sülh sazişinin imzalanması ABŞ-dan yox, Azərbaycanla Ermənistandan asılıdır” – Dövlət Departamenti

ABŞ Azərbaycan və Ermənistan arasında mümkün sülh razılaşmasını BMT-nin COP29 iqlim konfransı ilə “heç vaxt əlaqələndirməyib”.

Birinci24.com xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə belə deyib. 

“Biz bir neçə ay əvvəl Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə olunmasını istəyirdik və sülh sazişinin imzalanmasına təkan verirdik, amma bu, ABŞ-dan yox, iki tərəfdən asılıdır”, M.Miller söyləyib. 

Ötən ay Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Nyu Yorkda görüşüşüblər.

Tərəflər qısa müddətdə sülhün və dövlətlərarası münasibətlərin qurulması  haqqında sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.

Bir qədər öncə Ermənistanın Baş naziri Nikol Paşinyan saziş layihəsinin 16 müddəasından 13-nün razılaşdırıldığını, qalan üçü barədə isə qismən razılaşma olduğunu deyib. Azərbaycan prezidenti İlham Əliyev isə “sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz” deyib.

Editor

Related Posts