Today Cümə axşamı, 17th Oktyabr 2024
Birinci 24

Birinci 24

Elektrik enerjisi xaricə 9,4, əhaliyə 10 qəpiyə satılıb

Elektrik enerjisi xaricə 9,4, əhaliyə 10 qəpiyə satılıb

Bu ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə 1 milyard 351,5 milyon kVt/saat elektrik enerjisi ixrac edilib.

Birinci24.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, xaricə satılan elektrik enerjisinin gömrük dəyəri 74 milyon 547,5 min dollar olub. Nəticədə xaricə satılan 1 kVt/saat elektrik enerjisinin gömrük dəyəri 5,5 sent və ya mövcud məzənnə ilə (1$/1,7azn) hesablandığı zaman 9,4 qəpik təşkil edib.

Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə xaricə satılan elektrik enerjisinin miqdarı 2,3 dəfə azalıb.

İxrac olunan elektrik enerjisinin gömrük dəyəri isə 2 dəfə aşağı düşüb. Belə ki, ötən ilin ilk 9 ayında xaricə satılan 1 kVt/saat elektrik enerjisinin gömrük dəyəri 10,6 sent (18,1 qəpik) olub.

Qeyd edək ki, bu il xaricə satılan elektrik enerjisinin dəyəri daxili bazarda satılan elektrik enerjisinin qiymətindən ucuz olub.

Bildiyimiz kimi, elektrik enerjisinin daxili bazardakı qiyməti 8 (200 kVt/saat-a qədər), 9 (200- 300 kVt/saat olduqda) və 13 qəpiyə (300 kVt/saat-dan artıq olduqda) bərabərdir. Bu isə o deməkdir ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi 10 qəpik təşkil edir.

Onu da qeyd edək ki, bu ilin oktyabr ayının 5-də Baş nazir Əli Əsədov “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa (Baba) Rzayevə şiddətli töhmət verib. “Azərenerji” prezidentinə töhmət verilməsinin səbəbi 2024-cü il üzrə təsdiq edilən yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etməsi olub.

Editor

Related Posts