Today Cümə, 18th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Rusiya Ukraynanın nüvə silahı əldə etməsinə icazə verməyəcək” – Putin

“Rusiya Ukraynanın nüvə silahı əldə etməsinə icazə verməyəcək” – Putin

“Rusiya heç bir halda Ukraynanın nüvə silahı əldə etməsinə icazə verməyəcək”.

Birinci24.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin BRİKS ölkələrinin media rəhbərləri ilə görüşündə bildirib.

“İndiki Ukraynanın siyasi rəhbərliyi hələ böhranın qaynar fazasına keçməmişdən əvvəl dəfələrlə bu barədə danışırdı, ondan əvvəl də nisbətən yumşaq şəkildə bəyan edirdilər, lakin buna baxmayaraq, Ukraynanın nüvə silahına malik olması lazım olduğunu deyirdilər. Belə bir təhlükə Rusiya Federasiyasının müvafiq reaksiyasına səbəb olacaqdır”, – Putin bildirib.

“Dərhal deyə bilərəm: Rusiya heç bir halda buna imkan verməyəcək”, – Rusiya lideri qeyd edib.

Editor

Related Posts