Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Xerson sakinləri Dnepr çayının sol sahilinə köçürülür

Xerson sakinləri Dnepr çayının sol sahilinə köçürülür

Rusiyanın ilhaq etdiyi Xerson vilayətinə mülki şəxslərin daxil olması 7 günlük dayandırılır.

Bu barədə məlumatı Xerson vilayətinə “rəhbərlik” edən Vladimir Saldo açıqlayıb.

O, həmçinin qeyd edib ki, son iki gündə Xersonu 5 min nəfər tərk edib.

Saldo bildirib ki, Xerson sakinləri bərə və qayıqlar vasitəsilə Dnepr çayının sol sahilinə köçürülür. Proses çərçivəsində təqribən 60 min sakinin təxliyə ediləcəyi planlaşdırılır.

Qeyd edək ki, oktyabrın 18-i Rusiya qoşunlarının komandanı Sergey Surovikin bildirib ki, Ukraynanın Xersonda qadağan olunmuş müharibə vasitələrindən istifadə etməsinin mümkünlüyü barədə məlumatlar var. Bunun ardınca sakinlərin köçürüləcəyi elan olunub.

Editor

Related Posts