Today Çərşənbə axşamı, 22nd Oktyabr 2024
Birinci 24

Birinci 24

Mingəçevirdə yağış nəticəsində bəzi küçələr su altında qalıb

Mingəçevirdə yağış nəticəsində bəzi küçələr su altında qalıb

Okytabrın 21-də səhər saatlarından başlayan və gün ərzində fasilələrlə davam edən yağış nəticəsində Mingəçevirdə bir sıra mərkəzdənkənar küçələr su ilə dolub. Fərdi yağayış evlərini, həyətyani sahələri su basıb.

Bu haqda şəhər sakinləri məlumat verib.

Sakinlərin dediyinə görə, “Şəfa” bağ massivi, “QRES” adlanan qəsəbə, o cümlədən digər kənar ərazilərdə küçələrə asfalt örtüyü çəkilməyib, kanalizasiya da olmadığından yağış palçıq qatı yaradır.

“Şəfa” bağ massivinin marşrut xətti işləyən hissəsi nisbətən düzəldilsə də, qalan ərazinin su altında qaldığı bildirilib.

Sakinlər söyləyiblər ki, küçədə kanal da var, yağış suları kanala qarışanda küçələrə dolan su günlərlə çəkilmir.

Mingəçevir Şəhər İcra Hakimiyyətindən şəhərin su-kanalizasiya sisteminin yenidən qurulduğu deyilib. Mingəçevir Komunal Təsərrüfat Birliyindən isə sözügedən ərazidə kanalın təmizləndiyini, yağışın normadan artıq yağdığı üçün problemlər yarandığını açıqlayıblar.

Editor

Related Posts