Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Evlərinə yağış suları dolduğu üçün yolu bağlayan şəxslər həbs edildi

Evlərinə yağış suları dolduğu üçün yolu bağlayan şəxslər həbs edildi

Oktyabrın 22-də yağış suları evlərinə dolaraq ziyan vurduğunu deyən Bakının Xəzər rayonu Binə sakinləri yolu bağlayıblar.

Birinci24.com xəbər verir ki, bu haqda Turxan xəbər agentliyi məlumat yayıb. 

Məlumata görə, etirazçı iki nəfər olub, onlar Binə qəsəbəsinə gedən yolu avtomobillərlə kəsərək asfalt yolda olan kanalizasiya quyusunun qapağını açıblar. 

Nəqliyyatın hərəkətinin intensiv olduğu yolda 5 dəqiqə ərzində tıxac yarandığı, əraziyə gələn polislərin həmin şəxsləri saxlayaraq barələrində protokol tərtib etdikləri deyilir.

Xəzər rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə 7 sutka müddətinə həbs edilib.

Hələlik, bu məlumata Daxili İşlər Nazirliyi və həbs edildiyi bildirilən şəxslərin yaxınlarından münasibət almaq mümkün olmayıb.

Editor

Related Posts