Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Ağadadaş Ağayev və mühafizəçinin istintaqı yekublaşıb: 5 ilə qədər həbs edilə bilərlər

Ağadadaş Ağayev və mühafizəçinin istintaqı yekublaşıb: 5 ilə qədər həbs edilə bilərlər

Xalq artisti Ağadadaş Ağayev və “Medera Hospital”ın mühafizəçisi Nurədddin Cəlilovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Birinci24.com xəbər verir ki, iş üzrə toplanmış materiallar Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Müğənni ilə mühafizəçinin hər ikisinə yekun olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib. Onlar bu maddə ilə təqsirli bilindikləri halda 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilərlər.

İlk məhkəmə iclası oktyabrın 31-i keçiriləcək.

Bu ilin iyulunda Ağadadaş Ağayev mübahisə etdiyi klinikanın mühafizəçisinə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. 

Balta klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib. O, zərərçəkən kimi tanınıb.

Editor

Related Posts