Nazir sülh sazişi üzrə danışıqlarda ciddi proqresin olduğunu deyib

Nazir sülh sazişi üzrə danışıqlarda ciddi proqresin olduğunu deyib

Oktyabrın 31-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Böyük Britaniyanın dövlət naziri Stiven Dauti arasında telefon danışığı olub.

Birinci24.com xəbər verir ki, Xarici İşlər Nazirliyinin yaydığı məlumatda nazirlərin iki ölkə arasında əməkdaşlıq gündəliyini, regional vəziyyəti və Azərbaycan-Ermənistan sülh prosesini müzakirə etdikləri bildirilir.

Qeyd olunur ki, Ceyhun Bayramov sülh sazişi üzrə danışıqlar prosesində ciddi proqresin olduğunu, layihənin razılaşdırılması üzrə iş aparıldığını, eyni zamanda Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının prosesdə əsas maneə təşkil etdiyini diqqətə çatdırıb.

Söhbət zamanı, iki ölkə arasında alternativ enerji sahəsində əməkdaşlığın müxtəlif istiqamətlərinin, SOCAR və BP arasında günəş enerjisinin istehsalı üzrə aparılan işlərin, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq məsələlərinin də müzakirə olunduğu deyilir.

Editor

Related Posts