Ermənistan hakimiyyətinin gündəliyində BRİKS-ə qoşulmaq məsələsi yoxdur – iqtisadiyyat naziri Gevorq Papoyan noyabrın 5-də parlamentdə jurnalistlərə belə deyib.
O qeyd edib ki, Paşinyan qurumun Kazan sammitindən qayıdandan sonra hökumətdə bu mövzu müzakirə olunmayıb.
Xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan isə bildirib ki, Avropa İttifaqının (Aİ) nümayəndə heyəti vizaların liberallaşdırılması məsələsini müzakirə etmək üçün 5-6 noyabrda Ernənistanda səfərdə olacaq. Onun sözlərinə görə, rəsmi Yerevan Aİ-nin ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində müşahidə missiyasına qoşulmağı planlaşdırır.
Hovhannisyan həmçinin bildirib ki, İrəvan kommunikasiyaların açılması barədə son təkliflər paketini Bakıya təqdim edib.
“Söhbət kommunikasiyaların maksimum açılmasından gedir. Əsas məsələ odur ki, üçüncü tərəfin yola nəzarəti istisna olunur, Ermənistanın suverenliyi və bu yollara nəzarəti təklifi qalır” – nazir müavini belə deyib.