Hikmət Hacıyev oğul Heydər Əliyevin iqtisadi müşavirədə iştirakı haqda: “Azərbaycan vətəndaşıdır”

Hikmət Hacıyev oğul Heydər Əliyevin iqtisadi müşavirədə iştirakı haqda: “Azərbaycan vətəndaşıdır”

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin 27 yaşlı oğlu Heydər Əliyevin bu il sentyabrın 26-da iqtisadi məsələlər üzrə müşavirədə iştirakına münasibət bildirib. 

Birinci24.com xəbər verir ki, H.Hacıyev dövlət başçısı oğlunun hansı statusla həmin iclasda iştirak etdiyi ilə bağlı suala belə cavab verib: “Azərbaycan Respublikasının vətəndaşıdır”.

Jurnalist soruşub: “Hər kəs gedib vitse-prezidentin yanında əyləşə bilərmi”. Prezidentin köməkçisi isə deyib: “İqtisadi müşavirə peşəkarlar üçün açıqdır… Azərbaycan Respublikasının vətəndaşı statusunda və peşəkar, konkret sahə üzrə mütəxəssis olaraq həmin tədbirdə iştirak edib”.

Azərbaycan prezidentinin 27 yaşlı oğlu Heydər Əliyevin atası İlham Əliyevi bir çox tədbirlərdə müşaiyət etməsi birmənalı qarşılanmır. Hətta onun gələcəkdə ölkənin prezidenti postuna namizəd olacağı, onun “varis” kimi  yetişdirilməsi haqda ehtimallara yol açır. 

Bir qədər öncə III Respublika Platforması ölkədə “varis planı”nın işə düşdüyünü bəyan etmişdi.  

İ.Əliyev də 2003-cü ildə hakimiyyəti atası Heydər Əliyevdən alıb. O, həmin il avqustun 4-də dövlət başçısı Heydər Əliyevin xəstəxanada imzaladığı sərəncamla baş nazir təyin edilmişdi. İ.Əliyev elə həmin ilin oktyabrında keçirilən prezident seçkisindən qalib çıxmışdı, atası H.Əliyevin də seçkidən iki ay sonra vəfat etdiyi açıqlanmışdı. 

Editor

Related Posts