Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

Eldar Əzizov: Leysan yağışlar zamanı baş verənlərlə bağlı cinayət işi açılıb

Eldar Əzizov: Leysan yağışlar zamanı baş verənlərlə bağlı cinayət işi açılıb

Oktyabrda leysan yağışlar zamanı baş verənlərlə bağlı cinayət işi açılıb. Bunu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

“Hadisə baş verən tunel Dəmir Yolunun balansındadır. Təbii ki, indi prokurorluq tərəfindən istintaq aparılır. Yəqin nəticələri ilə bağlı məlumat verəcəklər”, E.Əzizov qeyd edib.

Söhbət oktyabrın 22-də “Sabunçu tuneli”ni yağış sularının basması nəticəsində iki nəfərin boğularaq ölməsindən gedir.  

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı güclü yağışlar nəticəsində yol keçidlərini, tunelləri və küçələri sel basması ilə bağlı “kanalizasiya xətləri sel sularını götürə bilməyib” deyib. Onun sözlərinə görə, buna görə də Bakının Sabunçu rayonu ərazisində tuneldə iki nəfər suda boğulub.

Eldar Əzizov bildirib ki, güclü yağışlar Bakıda su keçidləri infrastrukturunun zəif yerlərini üzə çıxarıb. 

“Bakı şəhərinin kanalizasiya, su təchizat sistemi “AzərSu”yun balansındadır. Bu onların vəzifələridir. Tunellər “Azər Yol-Tikinti”nin balansındadır. Amma buna baxmayaraq burada Bakı şəhər İcra Hakimiyyəti kooridinator kimi çıxış etməlidir. Biz özümüzü məsuliyyətdən kənarlaşdırmırıq. Biz bu qurumlarla əməkdaşlıq edirik”. 

Eldar Əziziov bir daha belə halların baş verməməsi üçün tədbirlər gördüklərini bildirib. Amma konkret hansı addımların atılması açıqlanmayıb. 

Editor

Related Posts