ABŞ Şimali Koreya hərbçilərinin Ukrayna sərhədindəki hərbi əməliyyatlarda iştirak etdiyini təsdiqləyib. ABŞ Dövlət Departamentinin mətbuat katibi Vedant Patel 12 noyabrda brifinqdə deyib ki, Şimali Koreya qoşunları Rusiya ordusunun Ukrayna sərhədindəki hərbi əməliyyatlarında iştirak edirlər.
“Bu gün mən təsdiq edə bilərəm ki, KXDR 10 mindən çox hərbçisini Rusiyanın şərqinə göndərib, onların əksəriyyəti Kursk bölgəsinə yerləşib və orda Rusiya qoşunları ilə birlikdə döyüşlərdə iştirak etməyə başlayıb” – Patel belə deyib. Keçən həftə Ukrayna prezidenti Vladimir Zelenski Avropa Siyasi Birliyinin Budapeştdə keçirilən sammitinin yekunlarına dair mətbuat konfransında bildirmişdi ki, KXDR ordusu artıq Kursk bölgəsində itkilər verməyə başlayıb. “Bu gün 11 min Şimali Koreya hərbçisi Rusiya Federasiyasının Ukrayna ilə sərhədində, dövlətimizin şimal hissəsində, daha dəqiqi, Kursk vilayətindədir. Onların bir qismi artıq Ukrayna hərbçilərinə qarşı döyüş əməliyyatlarında iştirak edib və artıq itkilər verir – bu faktdır” deyə, Zelenski qeyd etmişdi.