Müğənni İradə İbrahimova tənqid olunan sosial formatda verilişlərin yayımının dayandırılmasını istəyib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu haqda sənətçi instaqram səhifəsində post paylaşıb.
“Zəhmət olmasa, cinayət məzmunlu, gərgin musiqi fonunda qışqıraraq mübahisə edən, gəlin-qaynan, baldız, cehiz, yemək və ya bu tip mövzuların yer aldığı, bayağılığı və ədəbsizliyi təbliğ edən proqramların yayımı dayandırılsın”, – deyə İradə yazıb.