Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Putin nüvə doktrinasına dəyişiklikləri təsdiqlədi: Ukraynaya hərbi dəstək Rusiyaya birgə hücum kimi qiymətləndiriləcək

Putin nüvə doktrinasına dəyişiklikləri təsdiqlədi: Ukraynaya hərbi dəstək Rusiyaya birgə hücum kimi qiymətləndiriləcək

Rusiya prezidenti Vladimir Putin nüvə çəkindiriciliyi sahəsində dövlət siyasətinin əsaslarını təsdiqləyib. O, Rusiyanın nüvə doktrinasına dəyişikliklər ediləcəyini  daha əvvəl elan etmişdi.

Putin bugünkü sərəncamı ilə təsdiqləmiş oldu ki, Rusiyanın və ya Belarusun suverenliyinə və ərazi bütövlüyünə qarşı adi silahlarla təcavüz cəhdlərinə Rusiya nüvə silahından istifadə ilə cavab verə bilər.

“İnterfaks” sənədə istinadən yazır ki, hərbi koalisiyanın üzvü olan hər hansı  dövlətin Rusiyaya və ya onun müttəfiqlərinə qarşı təcavüzü bütövlükdə koalisiya tərəfindən aqressiya hesab olunur.

Sənəddə həmçinin qeyd olunur ki, qeyri-nüvə dövlətinin nüvə dövlətinin iştirakı və ya dəstəyilə Rusiyaya qarşı təcavüzü onların birgə hücumu kimi qiymətləndirilir.

Bildirilir ki, potensial düşmən hava hücumundan müdafiə sistemlərini, orta və qısa mənzilli raketləri, yüksək dəqiqlikli qeyri-nüvə silahlarını və hücum dronlarını çoxaltdıqda da  nüvə silahından istifadə olunacaq.

Potensial düşmənin Rusiya sərhədləri yaxınlığında irimiqyaslı hərbi təlimlər planlaşdırması və reallaşdırması da nüvə çəkindiriciliyinin tətbiqinə yol açan  təhlükə kimi müəyyən edilib.

Mövcud hərbi koalisiyaların infastrukturu Rusiya sərhədlərinə yaxınlaşdıran genişləndirilməsi və ya yenilərinin yaradılması da təhlükə kimi qiymətləndiriləcək və buna qarşı da nüvə çəkindiriliciyi tətbiq ediləcək. 

Amma sənəddə o da qeyd olunub ki, Rusiya nüvə silahından istifadəyə ən son və məcburi addım kimi baxır.

Editor

Related Posts