Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Qəzzada ölən yardım işçilərinin sayı 337-yə çatdı – BMT

Qəzzada ölən yardım işçilərinin sayı 337-yə çatdı – BMT

2023-cü ilin oktyabr ayından Qəzza zolağında ölən yardım işçilərinin sayı 337 nəfərə çatıb.

Birinci24.com xəbər verir ki, bu barədə BMT-nin İşğal olunmuş Fələstin Əraziləri üzrə Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) hesabatında qeyd edilib.

Təşkilatın məlumatına görə, hərbi əməliyyatların qurbanları arasında 330 fələstinli və 7 xarici vətəndaş var.

Ölümlərin çoxu (251 nəfər) BMT strukturlarının payına düşür. Onların böyük əksəriyyəti (247 nəfər) BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyindəndir (UNRWA).

Ölənlər arasında Fələstin Qızıl Aypara Cəmiyyətinin (33 nəfər) və digər humanitar təşkilatların (53 nəfər) əməkdaşları da var.

Editor

Related Posts