Today Bazar ertəsi, 9th İyun 2025
Birinci 24

Birinci 24

Özgür Özəl: “Azərbaycan seçkilərdə açıq şəkildə AKP-ni dəstəkləmişdi”

Özgür Özəl: “Azərbaycan seçkilərdə açıq şəkildə AKP-ni dəstəkləmişdi”

Türkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl türk dünyası ilə əlaqələrin inkişafı istiqamətində çalışdıqlarını deyib.

Birinci24.com xəbər verir ki, bu gün “Halk TV”-nin səhər proqramının qonağı olan Özəl qeyd edib ki, CHP beynəlxalq təşkilatlarda Quzey Kıbrıs Türk Cümhuriyyətinin və Azərbaycanın maraqlarını müdafiə edir. O, “Sosialist İnternasional”ın toplantısında daşnakların təmsilçisi Azərbaycan əleyhinə çıxış edərkən CHP nümayəndəsinin ona cavab verdiyini bildirib. 

“Keçmişdə Azərbaycanla aramızda kommunikasiya xətaları  vardı. Bilirsiniz, 14 may 2023-cü il seçkilərində onlar açıq şəkildə AK Partini dəstəkləmişdilər. Buna çox üzülmüşdük. Amma biz körpüləri yandırmaq əvəzinə, dialoq qurmağa, öz mövqeyimizi doğru anlatmağa və Azərbaycanın bizim üçün önəmini izah etməyə çalışırıq” deyə, CHP lideri vurğulayıb.

Özgür Özəl CHP-nin digər türk cümhuriyyətləri və Orta Şərq ölkələrilə də ikitərəfli əlaqələr qurmaq, Avropa ilə əlaqələri daha da inkişaf etdirmək istiqamətində iş apardığını bildirib. 

Noyabrın 8-də Özgür Özəl və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Özəl CHP-nin keçmiş lideri, təcrübəli dövlət xadimi Hikmət Çətinlə bərabər Azərbaycana səfər etmək istədiyini deyib, İ.Əliyev isə onları məmnuniyyətlə qəbul edəcəyini söyləyib. Bu telefon danışığından sonra İstanbul böyük şəhər bələdiyyəsinin başqanı, CHP-nin prezidentliyə potensial namizədi Əkrəm İmamoğlu noyabrın 13-də COP29-a qatılmaq üçün Azərbaycana gəlib, onu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qəbul edib.

Editor

Related Posts