Kredit borcuna görə Fəzail Ağamalı, övladları və nəvələri məhkəməyə verilib

Kredit borcuna görə Fəzail Ağamalı, övladları və nəvələri məhkəməyə verilib

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti kredit müqaviləsinə dair mübahisəyə görə keçmiş deputat Fəzail Ağamalı və övladları Elçin Ağamalı, Günay Ağamalı və Yalçın Ağamalını məhkəməyə verib. 

Birinci24.com xəbər verir ki, bu haqda Qaynarinfo məlumat verir.

O da qeyd olunur ki, “Aqrarkredit” QSC Fəzail Ağamalı və övladları ilə yanaşı, “Agricola” şirkətini və keçmiş deputatın nəvələri Samirə Ağamalı, Kamran Ağamalı və Orxan Ağamalını, həmçininSuğra  İmanova adlı vətəndaşı da məhkəməyə verib.

“Agricola” MMC-nin kimə məxsus olması haqqında açıq mənbələrdə məlumat yoxdur. Hətta Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında belə, şirkətin adına rast gəlinmir. 

Qaynarinfo-ya açıqlama verən F.Ağamalı məlumatı təsdiqləyib və bildirib ki, kredit bir neçə ilə əvvəl “Agricola” şirkəti üçün götürülsə də, pandemiya dövründə şirkətin işləri yaxşı getmədiyindən ödəmələrdə problem yaranıb. Keçmiş deputat artıq kreditin hissə-hissə ödənilməsi ilə bağlı  “Aqrarkredit”lə razılığa gəlindiyini bildirib.

O, kreditin məbləğini açıqlamaq istəməyib.

Hökumətyönlü Ana Vətən partiyasının qurucusu Fəzail Ağamalı Milli Məclisin 6 çağırış üzrə deputatı olub. Amma son parlament seçkilərinə qatılmayıb. Bu dəfəki seçkidə onun qızı Günay Ağamalı namizədliyini irəli sürüb və 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən mandat qazanıb. 

Editor

Related Posts