Rusiya ordusu Ukraynanın enerji infrastrukturlarını raket və dronlarla vurmağa davam edir. Bütün ölkə boyu elektrik enerjisi müvəqqəti olaraq kəsilib.
Birinci24.com xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri German Qaluşenko məlumat verib.
üsusilə Kiyev, Sumı, Xarkov, Volın və Kirovoqrad vilayətlərindəki obyektlər hədəf alınıb. “Suspilne”nin xəbərinə görə, Rovne və Lutskda partlayışlar baş verib. RBC-Ukrayna isə Odessa və Kropivnitskidə partlayış səsləri eşidildiyini yazıb.
Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin məlumatına görə, noyabrın 28-nə keçən gecə və bu səhər Rusiya qoşunları Ukrayna ərazisinə toplam 188 raket və dron buraxıblar.
Açıqlamada silahlar belə təsnifatlandırılıb:
– 3 ədəd S-300 zenit raketi;
– 57 ədəd Kh-101 qanadlı raketləri;
– 28 “Kalibr” raketi;
– 3 ədəd X-59/69 raketi;
– 97 dron (“Şahed” və naməlum PUA-lar).
HHQ-nin zərərsizləşdirə bildiyi silahlarsa bunlardır:
– 76 ədəd Kh-101/”Kalibr”;
– 3 ədəd X-59/69 raketi;
– Müxtəlif tipli 35 dron (62 dronun lokasiyası məlum olmayıb).