Türkan Vəlizadə:”Məndən bir qışqırıq çıxdı ki, səsimə…”

Türkan Vəlizadə:”Məndən bir qışqırıq çıxdı ki, səsimə…”

Müğənni Türkan Vəlizadə maraqlı açıqlama verib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, həmkarı Zeynəb Həsəni ilə sosial şəbəkədə canlı yayım açan sənətçi başına gələn olayı dilə gətirib.

Hamam otağında qaranlıqda güzgü olduğunu unudub, anidən özünü görən Vəlizadə “o dünyalıq” olduğunu bildirib:

“Ağ rəngdə köynək geyinmişdim. Yıxılmamaq üçün telefonumun işığını yandırdım. Mənimlə üzbəüz böyük bir güzgü varmış. Birdən özümü gördüm. Məndən bir qışqırıq çıxdı ki, səsimə Zeynəb gəlib özünü yetirdi”.

Editor

Related Posts