Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Avropa Parlamentində Azərbaycandakı vətəndaş cəmiyyətinə və jurnalistlərə təzyiqlər müzakirə ediləcək

Avropa Parlamentində Azərbaycandakı vətəndaş cəmiyyətinə və jurnalistlərə təzyiqlər müzakirə ediləcək

Avropa Parlamentinin İnsan hüquqları üzrə Alt Komitəsi dekabrın 5-də “Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı təzyiqlər”i müzakirə edəcək.

Tədbirə hüquq müdafiəçisi Jalə Bayramovanın da qatılacağı, atası Qubad İbadoğlunun işi və Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı çıxış edəcəyi bildirilir.

Avropa Parlamentinin prezidenti Roberta Metsola ötən həftə İbadoğluna məktub göndərərək onu dekabrda Saxarov mükafatının təqdimetmə mərasimində iştirak etmək üçün Strasburqa dəvət etmişdi. Amma haqqında bir ildən çoxdur cinayət işi açılan və hazırda ev dustaqlığında olan İbadoğlunun tədbirə qatılması mümkün görünmür. 

Avropa Parlamenti oktyabrın 24-də qəbul etdiyi qətnamədə son bir ildə Azərbaycanda fəallara, jurnalistlərə, müxalifət liderlərinə qarşı repressiyaları pisləyib.

Azərbaycan hakimiyyəti adətən bu cür tənqidlərə ölkədə heç kimin siyasi fəaliyyətinə görə təqib edilmədiyini, bütün hüquq və azadlıqların təmin edildiyini deyərək cavab verir. 

Editor

Related Posts