Azərbaycanın milli aviadaşıyıcısı AZAL noyabrın 30-dan etibarən Bakıdan İsrailin Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir.
Birinci24.com xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, aviaşirkət uçuşları həftənin hər günü yerinə yetirəcək.
Xatırladaq ki, bu il sentyabr ayında AZAL İsraildə baş verən son hadisələr və təhlükəsizlik məsələləri ilə əlaqədar Bakıdan Ben Qurion Hava Limanına (Təl-Əviv) və əks istiqamətdə reysləri dayandırmışdı.