Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

11 ay ərzində Azərbaycanın güc qurumlarında itki 50 nəfər olub

11 ay ərzində Azərbaycanın güc qurumlarında itki 50 nəfər olub

2024-cü ilin 11 ayı ərzində Azərbaycanın müdafiə və təhlükəsizlik sektorundə itkilər ən azı 50 nəfər olub.

Birinci24.com xəbər verir ki, bunlardan 48-i qeyr-döyüş itkisidir. Ölən daha iki hərbçi 2023-cü ilin sentyabrında Qarabağda antiterror əməliyyatı zamanı yaralanıb və uzun müddət komada olub, Xəzər Hərbi Tədqiqatlar İnstitutu bildirib.

Yol-nəqliyyat qəzasında 15 nəfər, müxtəlif bədbəxt hadisələr nəticəsində 5 nəfər, zəhərlənmə və digər xəstəliklərdən 12 nəfər ölüb, 9 nəfər intihar edib, 4 nəfər qanunsuz hərəkətlərin qurbanı olub, 2 nəfər silahla ehtiyatsız davranma nəticəsində,  bir nəfər naməlum səbəblərdən ölüb.

Ölənlərin 43-ü Müdafiə Nazirliyində, 3-ü Daxili Qoşunlarda, 3-ü Dövlət Sərhəd Xidmətində, 1- i Fövqəladə Hallar Nazirliyində xidmət edib.

24- ü əsgər, 14- ü zabit, 9- u müddətli hərbi qulluqçu, 3-ü gizir olub.

2024-cü ildə 19 hərbçi müxtəlif səbəblərdən yaralanıb.

15 nəfər qəzalarda yaralanıb, iki nəfər düşmən atəşindən yaralanıb, digəri zəhərlənib.

21 ölüm azad edilmiş ərazilərdə, 14-ü keçmiş münaqişə zonasına yaxın hərbi hissələrdə, 15-i ölkənin şərq və cənub bölgələrində baş verib.

2023-cü ildə ölkənin müdafiə və təhlükəsizlik sektorunda itkilər ən azı 260 hərbçi təşkil edib, o cümlədən 212 nəfər döyüş şəraitində ölüb, qalanları qeyri-döyüş itkiləri olub.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu  analitik mərkəz kimi 2015-ci ilin fevralında Almaniyada fəaliyyətə başlayıb. Onun təsisçilərindən biri 2014-cü ilin sentyabrında Azərbaycandan gedənə qədər “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə rəhbərlik etmiş Cəsur Sumərinli olub.

Editor

Related Posts