Ermənistan müxalifəti sülh müqaviləsi layihəsilə tanışlığa qadağa qoymuş Xarici İşlər Nazirliyindən şikayət edib.
Birinci24.com xəbər verir ki, “Hayastan” blokunun 4 deputatı – Kristin Vardanyan, Artur Xaçatryan, Qeqam Manukyan və Anna Qriqoryan həm Xarici İşlər Nazirliyini, həm də hökuməti məhkəməyə verib.
Onlar nazir Ararat Mirzoyanın 14 mart 2024-cü il tarixli göstərişinə etiraz edirlər. Həmin göstərişə əsasən, sülh razılaşmasının mətninə giriş qadağan edilib.
İş üzrə ilk məhkəmə iclası 2025-ci il yanvarın 14-nə təyin edilib.