Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Səlahiyyətli nümayəndə Ordubadda sakinlərlə görüşüb

Səlahiyyətli nümayəndə Ordubadda sakinlərlə görüşüb

Birinci24 informasiya agentliyi xəbər verir ki, dekabrın 2-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunda olub, sakinlərlə görüşüb. Görüşdən əvvəl səlahiyyətli nümayəndə Ümummilli Liderimiz Heydər Əliyevin Ordubad şəhərində ucalan abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıb.

Sonra vətəndaşları, o cümlədən şəhid ailəsi üzvünü qəbul edən səlahiyyətli nümayəndə onların hər biri ilə fərdi söhbət aparıb, problem və təkliflərini dinləyib. Müraciətlər protokollaşdırılaraq həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görüləcəyi bildirilib.

Editor

Related Posts