Sumqayıtda və Novxanıda partlayış olub, xəsarət alanlar var

Sumqayıtda və Novxanıda partlayış olub, xəsarət alanlar var

Dekabrın 3-də saat 06:40 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 9-cu binada partlayış baş verib, 3 nəfərin xəsarət aldığı deyilir.  

TƏBİB-dən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 3 nəfər (2 kişi cinsli, 1 qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunublar.
“1977, 2007 və 2010-cu il təvəllüdlü şəxslər ağır yanıq xəsarətləri ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağırdır. Təcili tibbi yardım briqadaları hadisə yerindədir”, TƏBİB-dən bildirilir.

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayevin sözlərinə görə, dağıntılar arasında qalanların olması ehtimalı var, axtarışlar davam etdirilir.

İlkin ehtimala görə, partlayış qaz sızmasından olub.

Bundan başqa, bu gün Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evində də partlayış baş verib. Hadisənin mərhum şahmatçı Vüqar Həşimovun valideynlərinin yaşadığı evdə baş verdiyi qeyd olunur.

Ailə üzvləri dağıntılar altından xilas edilib. 

TƏBİB-in açıqlamasına görə, hadisə nəticəsində xəsarət alan 2 nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya edilib. Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları qoyulduöu deyilir.

Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq hər iki partlayışla bağlə birgə məlumat yayıb. Məlumatda bildirilir ki, faktla bağlı FHN-in Əməliyyat-istintaq idarəsində araşdırma aparılmaqla partlayışların səbəbinin, əhəmiyyət kəsb digər edən halların müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Editor

Related Posts