Hüquq müdafiəçisi Rüfət Səfərovun saxlanıldığı deyilir.
Daxili İşlər Nazirliyindən onun Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsində olduğunu təsdiqləyiblər.
DİN-dən bildirilib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə olub. Bununla bağlı araşdırma aparılır.
Onun saxlanılması barədə əlavə məlumat almaq mümkün olmayıb.
R.Səfərov hüquq müdafiəçisi kimi həbsdəki siyasi-ictimai faəlların, jurnalistlərin hüquqlarının pozulmasını daim diqqətdə saxlayır, hakimiyyətin insan hüquqları sahəsindəki siyasətinin tənqidçisi kimi tanınır.