Suriyada üsyançılar Həma şəhərinə yaxınlaşıblar

Suriyada üsyançılar Həma şəhərinə yaxınlaşıblar

Suriya hökumətinə müxalif silahlı qruplaşmalar dekabrın 3-də ölkənin ən böyük meqapolislərindən biri olan Həma şəhərinə yaxınlaşıblar.

2011-ci ildə ölkədə vətəndaş müharibəsi başlayandan bəri bu şəhər hökumət qüvvələrinin nəzarətində olub. İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, Tehran Suriyaya qoşun yeritmək imkanını nəzərdən keçirməyi planlaşdırır. Rusiya prezidenti Vladimir Putinsə Suriyada “terror təcavüzünə” son qoymağın vacib olduğunu deyib.

Birinci24.com xəbər verir ki, “Reuters” bunu RİA agentliyinə istinadən yazıb.

Ötən həftə üsyançılar Suriyanın ən böyük şəhəri Hələbi ələ keçirmişdilər. İraq və Suriyadakı mənbələr “Reuters”-ə bildiriblər ki, İranın dəstəklədiyi yüzlərlə İraq silahlısı hökumət qüvvələrinə kömək etmək üçün bazar ertəsi Suriyaya daxil olub. Son günlər Rusiya və Suriya aviasiyası üsyançılara qarşı zərbələri gücləndiriblər. Bu barədə hər iki tərəf məlumat verib.

Editor

Related Posts