Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

“28 May” bu axşam… – Video

“28 May” bu axşam… – Video

Bakı metrosunda “yaşıl xətt” – “Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 May” stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib.

Birinci24.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

“Bu səbəbdən “28 May” stansiyasında sərnişinlər düşürülüb. Qatar xəttə ikən qatara baxış keçiriləcək”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu səbəbdən metroda ciddi şəkildə sərnişin sıxlığı yaranıb. Hadisə şahidlərinin sözlərinə görə, metroya girişdə problem yaranıb və sərnişinlərin platformalara buraxılmadığı bildirilir.

Bildirilib ki, texniki nasazlıq müəyyən edilib və qatar xətdən çıxarılıb. Əvəzinə xəttə qatar verilib.

Yaranmış vəziyyətlə bağlı platformaların daha artıq yüklənməsinə yol verməmək məqsədilə zəruri tədbirlər görülür.

Hazırda “28 May” və “Elmlər Akademiyası” stansiyalarında tənzimlənmə və təhlükəsizlik tələblərinin təmin olunması üçün girişlərdə nəzarət-buraxılış tədbirləri gücləndirilib.

Editor

Related Posts