“YAŞAT” Fondunda 4 ildə yığılan və xərclənən məbləğ açıqlanıb 

“YAŞAT” Fondunda 4 ildə yığılan və xərclənən məbləğ açıqlanıb 

Dörd illik fəaliyyəti dövründə “YAŞAT” Fonduna toplanan vəsaitin həcmi 91 537 792.07 manat olub. 

Birinci24.com xəbər verir ki, bu haqda Fondun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov bu gün mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, xərclənən vəsaitin həcmi 86 762 869.26 manat, qalıq vəsaitin həcmi isə 4 774 922.81 manatdır. 

Qalan vəsaitin 1 milyon manatının növbəti ildə təhsil istiqamətində xərcləncəyi qeyd edilir.

E. Hüseynov bildirib ki,  Fond ötən 4 ildə 56 sosial layihə həyata keçirib. Bu layihələrdə 25 min 27 şəxs iştirak edib.

“YAŞAT” Fondu Prezidenti İlham Əliyevin fərmanı ilə 2020-ci ilin dekabrında  yaradılıb.

Editor

Related Posts