Gürcüstanda aksiyalar davam edir

Gürcüstanda aksiyalar davam edir

Dünən – etirazların 11-ci gündə Gürcüstanda kütləvi aksiyalar davam edib. Batumidə saxlananlar olub.  Paytaxt Tbilisidə polis mitinqə müdaxilə etməyib. 

Yerli vaxtla saat 2 radələrində  etirazçılar Rustaveli prospektini tərk ediblər.

Daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze dünən keçirdiyi brifinqdə deyib ki, noyabrın 28-dən bu günə kimi Tbilisidə 400-dən çox aksiya iştirakçısı saxlanılıb,  30 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 372 nəfə inzibati cəza verilib, 62 nəfər barəsində inzibati həbs qərarı çıxarılıb, 100-dən çox şəxs cərimələnib.  Qalanları  barədə məhkəmə araşdırması aparılır.

Gürcüstanda son etiraz aksiyaları Avropa İttifaqına üzvlüklə bağlı danışıqların 2028-ci ilin sonuna qədər dondurulacağı barədə Baş nazir İrakli Kobaxidzenin bəyanatından sonra başlayıb. Qərb ölkələri və beynəlxalq qurumlar Avro-Atlantik inteqrasiya kursundan imtina siyasətinə görə Gürcüstan hakimiyyətini tənqid ediblər. ABŞ Gürcüstanla strateji əməkdaşlığını, Almaniya isə iqtisadi inkişaf sahəsində əməkdaşlığını dayandırıb, Niderland Gürcüstan və Avropa İttifaqı arasındakı vizasız rejimin ləğvini təklif edib.

Editor

Related Posts