İntensiv yağan yağışlarla bağlı Abşeron rayonu, Masazır qəsəbəsində bəzi əraziləri su basıb.
Birinci24.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri evlərini tərk etməkdə çətinlik çəkən 6-sı azyaşlı olmaqla ümumilikdə 25 vətəndaşı təxliyə edib.