Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Azər Qasımlı haqda 4 aylıq həbs qərarı verildi 

Azər Qasımlı haqda 4 aylıq həbs qərarı verildi 

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Birinci24.com xəbər verir ki, bu barədə dekabrın 9-da Yasamal Rayon Məhkəməsində qərar qəbul edilib. 

Vəkil Aqil Layıc qərardan apellyasiya şikayəti veriləcəyini deyir.

Azər Qasımlı dekabrın 8-də Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O zor tətbiq etməklə hədə-qorxu ilə tələbetmədə təqsirləndirilir. Özü isə ittihamın qondarma, siyasi sifariş olduğunu deyir. 

İş üzrə zərərçəkmiş şəxs qismində REAL partiyasının keçmiş üzvü, deputatlığa keçmiş namizəd Ömər Qurbanəli tanınıb. Mingəçevir Şəhər Məhkəməsi bu ilin aprelində 41min ABŞ dolları məbləğində vəsaitin Ömər Qurbanəlidən tutularaq Azər Qasımlıya verilməsi haqda qərar qəbul etmişdi.

Editor

Related Posts