Qarabağ sepratçılarının işi məhkəməyə göndərilib

Qarabağ sepratçılarının işi məhkəməyə göndərilib

Bakıda həbsdə olan Qarabağ separatçılarının bir çoxunun cinayət işi məhkəməyə göndərilib. 

Birinci24.com bu barədə dekabrın 17-də Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, 2548 epizod üzrə 15 nəfərin ittiham edilir, onların  arasında qondarma “Dağlıq Qarabağ Respublikası”nın separatçı liderlərindən Arkadi Qukasyan, Arayik Harutyunyan, Bako Sahakyan da var.  

Onlar Azərbaycan Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, başlama…), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhv etmə), 214 (terrorçuluq) və başqa maddələr ilə ittiham edilirlər.

Cinayət işi üzrə ittiham aktı baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Azərbaycan Baş Prokurorluğunun açıqlamasına təqsirləndirilən şəxslər və onların yaxınlarından və ya vəkillərindən münasibət almaq mümkün olmayıb.

Editor

Related Posts