Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

Cavid Gülün ailəsində qorxulu hadisə – FOTO

Cavid Gülün ailəsində qorxulu hadisə – FOTO

Aparıcı Cavid Gülün ailəsində qorxu və həyacan dolu anlar yaşanıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, televiziya ulduzunun 2 yaşlı qızı Sofiya yıxılıb və qolunu zədələyib.

Bununla bağlı Gülün həyat yoldaşı Nərgiz özü məlumat verib.

Qızının görüntülərini instaqram səhifəsində yayımlayan Nərgiz övladı ilə bağlı yaşanan hadisəni belə nəql edib:

“Sofiya bu gün anamgildə evdə yıxılıb. Evə gəldik qızım dedi ki, qolum məni incidir. Gedirik xəstəxanaya. İnşallah qızımın qolunda sınıq olmaz. İki gündür ana-bala yıxıla-yıxıla qalmışıq. Dünən küçədə kimin nəfsi tutdu bizi bilirəm. Yenə də ürəyimə yaxın buraxmıram. Bu iki gündə 10 il daha qocaldım. Sonra ikinci uşaq niyə istəmirsən deyirsiniz”.

Editor

Related Posts