Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Son günlər rusiyalılar muzeyləri qarət edir, tarixi dəyəri olan nə varsa, Xersondan çıxarır…”

“Son günlər rusiyalılar muzeyləri qarət edir, tarixi dəyəri olan nə varsa, Xersondan çıxarır…”

“Son günlər rusiyalılar muzeyləri qarət edir, tarixi dəyəri olan nə varsa, Xersondan çıxarır…”

Rusiyalılar Xersondan “Ukrayna Silahlı Qüvvələrinin atəşlərindən qorumaq üçün” heykəlləri çıxarır…

“Son həftələr Ukrayna qoşunları Xerson vilayətində uğurlu əks-hücum nəticəsində onlarla yaşayış məntəqələrini azad edib…”

Rusiyanın dövlət KİV-ləri məlumat verib ki, sərkərdə Aleksandr Suvorovun və admiral Fyodor Uşakovun heykəlləri demontaj edilərək Xersondan çıxarılıb. “Bu, unikal incəsənət əsərlərini USQ-nin atəşlərindən qoruyub saxlanılması üçün edilib”.

Bu barədə “RİA Novosti” agentliyi yazıb.

Suvorovun büstü Xersona 1950-ci ildə sərkərdənin ölümünün 150 illiyində Suvorov adına Leninqrad muzeyi tərəfindən hədiyyə edilib.

Admiral Uşakovun heykəli 1957-ci ildə Uşakov prospektində Xerson dövlət dəniz akademiyasının yanında ucaldılıb.

Xerson vilayət şurasının deputatı Sergey Xlan bəyan edib ki, “son günlər rusiyalılar muzeyləri qarət edir, tarixi dəyəri olan nə varsa, Xersondan çıxarır.

“Bu gün biz onların Uşakov və Suvorovun heyləllərinin çıxarmasının şahidləri olmuşuq.

Məlumat yayılır ki, rusiyalılar Xersonda dəfn olunan Potyomkinin qalıqlarını da çıxarmağı planlaşdırır”, – “Ukrainskaya pravda” deputatdan iqtibas gətirir.

Oktyabrın 23-də Rusiya hakimiyyəti işğal edilən Xersonun sakinlərinə “dərhal” şəhəri tərk etməyə çağırış edib, çünki Ukrayna qoşunlarının əkshücuma başlayacağını gözləyir.

Son həftələr Ukrayna qoşunları Xerson vilayətində uğurlu əks-hücum əməliyyatları aparıb və onlarla yaşayış məntəqələrini azad edib.

Rusiyalılar geriyə çəkilərək, texnika və canlı qüvvəsini Dneprin sol sahilinə köçürür.

Editor

Related Posts