Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Naxçıvan karateçisi Vüsal Seyidov ölkə çempionu olub – FOTO

Naxçıvan karateçisi Vüsal Seyidov ölkə çempionu olub – FOTO

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində Azərbaycan Karate Federasiyasının ənənəvi karate üslubu üzrə ölkə birinciliyi və çempionatı keçirilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, yarışlarda 35-dən çox klub və nümayəndəliklərdən 300 yaxın karateçi öz qüvvəsini sınayıb.

Ölkə çempionatında muxtar respublika idmançılarından ikisi mükafatçılar sırasına düşüb. Vüsal Seyidov 18-20 yaşlılar arasında bütün rəqiblərini üstələyərək ölkə çempionu olmağı bacarıb. Vüsal eyni zamanda 18+ yaş kateqoriyasında gümüş medal qazanmağa müvəffəq olub. Digər təmsilçimiz Məhəmməd Bağırov isə 16-17 yaşlılar arasında gümüş medala layiq görülüb.

Qeyd edək ki, ilk üç yeri tutmuş idmançılar ənənəvi karate üslubu üzrə milli komandanın tərkibinə cəlb olunmaqla, 2025-ci ildə keçiriləcək dünya və avropa çempionatlarında ölkəmizi təmsil etmək imkanı qazanacaq.

Editor

Related Posts