Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Tovuzda peşə məktəbində kütləvi zəhərlənmə – Yenilənib

Tovuzda peşə məktəbində kütləvi zəhərlənmə – Yenilənib

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 24-də saat 15:00 radələrində Tovuz rayonunda zəhərlənmə şübhəsilə çağırış daxil olub”.

Birinci24.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub:

“8 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu təyin edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir”.

***17:14
Tovuzda zəhərlənmə hadisəsi baş verib.

Birinci24.com APA-ya istinadla xəbər verir ki, rayonda yerləşən Tovuz Peşə Təhsili Mərkəzində qeydə alınıb.

Təhsil mərkəzinin 8 tələbəsi zəhərlənmə diaqnuzu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, onlar tortdan zəhərlənib.

Editor

Related Posts