Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Vaşinqtondan Əliyevə cavab: “ABŞ-ın Ermənistanla Azərbaycana göstərdiyi hərbi yardım hücum məqsədləri üçün istifadə oluna bilməz”

Vaşinqtondan Əliyevə cavab: “ABŞ-ın Ermənistanla Azərbaycana göstərdiyi hərbi yardım hücum məqsədləri üçün istifadə oluna bilməz”

Dövlət Departamenti Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Ermənistana silah verməsinə dair açıqlamalarına münasibət bildirib.

Birinci24.com xəbər verir ki, bu haqda Dövlət Departamentiniun nümayəndəsi Azadlıq Radiosunun erməni xidmətinə açıqlama verib.

Bildirilir ki, Ermənistanla Azərbaycana verilən yardım NATO ilə əməkdaşlığı gücləndirmək üçündür.

“ABŞ-ın Ermənistanla Azərbaycana göstərdiyi hərbi yardım hücum məqsədləri üçün istifadə oluna bilməz”, – Dövlət Departamentinin nümayəndəsi vurğulayıb.

İlham Əliyev ötən həftə Rusiya mediasına müsahibəsində söyləmişdi ki, Ermənistan Fransa və Hindistanla yanaşı ABŞ-dan ölümcül silahlar alır.

Dövlət Departamentinin sözçüsü isə bununla bağlı deyib ki, ABŞ-ın Ermənistan və Azərbaycana təhlükəsizlik yardımı ayırmasında məqsəd ABŞ və NATO qüvvələri ilə qarşılıqlı fəaliyyət imkanlarını gücləndirmək, hərbi peşəkarlığı artırmaq və İranla sərhədləri qorumaqdır.

ABŞ rəsmisi bunu da bildirib ki, ABŞ Ermənistan və Azərbaycana göstərdiyi təhlükəsizlik yardımlarını diqqətlə gözdən keçirir, məqsəd də budur ki, ondan hücum məqsədləri üçün istifadə olunmasın, sürəkli və ləyaqətli sülh danışıqlarıyla bağlı səylərə xələl gəlməsin.

Azərbaycan gələn il müdafiə xərclərinə təxminən 5 milyard dollar, Ermənistansa 1.7 milyard dollar ayırmağı planlaşdırır.

Editor

Related Posts