Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Ağstafanın keçmiş icra başçısı müavini şərti azadlığa buraxılıb

Ağstafanın keçmiş icra başçısı müavini şərti azadlığa buraxılıb

Ağstafa rayonunun keçmiş icra başçısının müavini Ramiz Tatarov vaxtından əvvəl şərti azadlığa buraxılıb.

Birinci24.com xəbər verir ki, bu haqda qərarı Nizami Rayon Məhkəməsi verib.

Bildirilir ki, hakim məhkumun 6 illik azadlıqdan məhrum etmə cəzasının çoxunu çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini, dövlətə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq müraciəti təmin edib.

Ramiz Tatarovun cəzası gələn ilin dekabrında başa çatacaq. 

Bu işə görə onunla eyni zamanda həbs edilən Ağstafa rayon icra başçısı Nizaməddin Quliyev az sonra həbsdə vəfat edib. 

N.Quliyevlə R.Tatarov Dövlət Təhlükəsizliyi Xidmətinin icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatlar zamanı, 2019-cu ilin dekabrında həbs edilmişdilər. İlk belə əməliyyat Ağstafa rayon icra hakimiyyətində keçirilmişdi.

Editor

Related Posts