Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Təyyarə qəzasında həlak olan 3 ekipaj üzvünə Milli Qəhrəman adı verildi

Təyyarə qəzasında həlak olan 3 ekipaj üzvünə Milli Qəhrəman adı verildi

Dekabrın 25-də təyyarə qəzası zamanı həlak olan ekipaj üzvləri İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov və Hökumə Əliyevaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. 

Prezident İlham Əliyev bununla bağlı dekabrın 29-da sərəncam imzalayıb.  

Onlar qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə təltif ediliblər, sərəncamda deyilir.

Bundan başqa ekipajın üzvləri Zülfiqar Əsədov və Aydan Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər. 

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau istiqamətinə yön alıb. Az sonra təyyarə şəhərin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişinlə ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

Editor

Related Posts